Ermənilər XİN-i mühasirəyə aldı

Nümayişçilər xarici işlər nazirinin, Serj Sarkisyanın istefasını tələb edir




Ermənistanda etiraz aksiyaları davam edir. Etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.

Qəzəblənmiş ermənilər Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq hakimiyyətin istefasını tələb edirlər. Onlar nazir Edvard Nalbandyanı ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə çağırırlar. Dünən Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər. Onlar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.

Ermənistan hakimiyyəti Gümrüdə baş verən faciədən sonra əhalinin baş qaldıran narazılığına son qoymamış, yeni etiraz dalğası ilə üz-üzə qalıb. Ticarətçilərin hökumətin binasında 4 satdan çox davam edən etiraz aksiyası zamanı baş nazir Ovik Abraamyan etirazçıların qarşısına çıxmayıb.

Onlar bu gün Hökumət binaları qarşısında yenidən toplaşmağa qərar veriblər. Bu dəfə onlara həmçinin regionlardan kiçik və orta biznes nümayəndələri də qoşulacaq. Nümayişçilər bildiriblər ki, sabah Sarkisyan hökuməti üzə çıxıb açıqlama verməlidir. Əks halda etirazlar daha da genişlənəcək. Qeyd edək ki, ticarətçilər ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.