Ermənistan ordusu: Ərzaq və geyim problemi yaşanır, “dedovşina”, intihar və qətl halları artıb
14:06 26.02.2019
Arxiv
736
Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, əgər Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, erməni ordusu ləngiməyəcək. Nazir əlavə edib ki, Ermənistan bundan sonra silah alarkən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək:
"Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə oluna bilməz. Məhz buna görə Ermənistan keyfiyyətə önəm verəcək”. Tonoyanun sözlərinə görə, Ermənistan hücum silahları almağa davam edir:
"Təcrübəyə əsasən, daima müdafiədə olan ordular son nəticədə məğlub olur. Biz müdafiə mövqeyində qalmağa hazırlaşmırıq”. "Ermənistan ordusu hücum edəcəkmi?” sualına cavab olaraq nazir cavab verib: "Niyə də yox!”.
Erməni nazirin sözlərini "Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, müdafiə naziri prinsipcə başqa cür çıxış edə bilməz. Yəni müdafiə nazirliyinə rəhbərlik edən şəxs verilən suallara ancaq bu formada cavab verə bilər. Ekspertin fikrincə, nazirin açıqlamalarının reallığı əks etdirməsi ciddi sual altındadır:
"Atalar demişkən "halva halva deməklə ağız şirin olmaz”. Ermənistanın iqtisadiyyatı, ölkədəki sosial durum çox gərgindir. Sarkisyan hakimiyyətdən getsə də, hələlik onun rəhbərlik etdiyi klan tamamilə çökməyib. Paşinyan "Qarabağ klanı”nın öhdəsindən gələ bilmir. Ona görə ki, bütün maliyyə mənbələri Sarkisyanın quldur klanının əlində cəmləşib. O da bəllidir ki, erməni cəmiyyətində orduya münasibət heç də yaxşı deyil. Valideynlər övladlarının əsgərə göndərmək istəmirlər. Həmçinin, erməni ordusunda ciddi surətdə ərzaq və geyim problemi yaşanmaqdadır. Ermənistandan olan əsgərlərlə Qarabağdan gələn hərbi qulluqçular arasında ziddiyyətlər, qarşıdurmalar adi hala çevrilib. Erməni tərəfi özü də etiraf edir ki, qeyri-döyüş şəraitində tələf olan əsgərlərin sayı döyüş vaxtı ölənlərdən iki qat daha çoxdur”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın geosiyasi vəziyyəti də ürəkaçan deyil:
"Ermənistan eyni anda iki stulda əyləşmək istəyir. Çalışır ki, özünü Qərbə, konkret ABŞ və Avropaya "demokratik ölkə” kimi təqdim etsin və dividentlər qazansın. Ancaq buna nail ola bilmir. Eyni zamanda bugün Ermənistan KTMT daxilində də iflic vəziyyətə düşüb.
Paşinyan hökumətinin səyi nəticəsində rəhbəri müəyyən edilməyən təşkilat fəaliyyətsiz quruma çevrilib. Ermənistanın Rusiya başda olmaqla təşkilatın bütün üzvləri ilə ciddi problemləri mövcuddur. Bütün bunları nəzərə alsaq, Ermənistan ordusunun hansı gücə malik olması aydın olar. Müqayisə apardıqda nəticələrin Ermənistanın xeyrinə olmadığı ortaya çıxar. Əgər tərəflər arasında hərbi əməliyyatlar başlasa, düşmən ölkə ciddi zərbə alacaq və çox zəif duruma düşəcək”.
Polkovnik bildirib ki, Ermənistan kredit yolu Rusiyadan silah alır:
"Müdafiə naziri keyfiyyətli silah almaqdan danışır. Müasir silahların qiyməti çox bahadır. Ona görə də ancaq güclü iqtisadiyyatı olan ölkələr ən yeni hərbi texnikanı ala bilərlər. Regionda iqtisadi gücünə görə müasir silah almaq gücündə olan yeganə ölkə Azərbaycandır. Ən keyfiyyətli və vacib silahlar məhz bizim ölkədədir. Məsələ o yerə çatıb ki, artıq ermənilər Qarabağ məsələsindən və qarabağlılardan beziblər. Düşmən yaxşı bilir ki, Qarabağ hadisəsinə görə başlayan problemləri ancaq Qarabağla bitə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı