Evliliyin 3-cü ayında şok xəstəlik xəbəri gəldi

Müdir ər bütün iş-gücünü buraxıb həyat yoldaşına baxdı
Türkiyənin Ordu şəhərinin Fatsa qəsəbəsində mahalında xüsusi bir təşkilatda müdirlik edən 29 yaşlı Mürteza İkis, xüsusi bir xəstəxanada tibbi sekretar işləyən 26 yaşlı Sultan Dəmirbaş ilə evləndi.
Evliliklərinin üçüncü ayında Sultan Dəmirbaş İkis birdən xəstələndi və qaldırıldığı xəstəxanada xəstəliyinə diaqnoz qoyula bilməyib, evinə göndərildi. Vəziyyəti ağırlaşan və yenidən xəstəxanaya qaldırılan gənc qadın, bu dəfə "Samsun” xəstəxanasına çatdırıldı. Samsunda onurğa asılığı iltihabı diaqnozu qoyulan Sultan Dəmirbaş İkis, boyundan altı iflic olunca reanimasiya xidmətində müalicə altına alındı. Müdirlik etdiyi işindən ayrılan Mürteza İkis, həyat yoldaşının müalicəsi üçün evini Samsunun İlkadım qəsəbəsinin Baruthane məhəlləsinə daşıdı. 22 aydır fizioterapiya müalicəsi görən həyat yoldaşını hər gün xəstəxanaya müalicəyə aparıb, evində baxmağı da boynuna götürən Mürteza İkis, həyat yoldaşına baxdığı üçün işləyə bilmədiyindən çətin günlər yaşadıqlarını və xeyriyyəçi vətəndaşlardan dəstək gözlədiyini söylədi.
Mürteza İkis, "Həyat yoldaşımı 22 ay əvvəl gücsüzlük və baş gicəllənməsi şikayətiylə xəstəxanaya qaldırdıq. Tədqiqlərdə onurğa iliyi iltihabı olduğu aydın oldu. Həyat yoldaşıma baxmaq çox ağırdır. Mən də buna görə ona sahib çıxıb, müalicəsinə köməkçi olub və bu çətin günündə ona mənəvi dəstək vermək üçün işimdən ayrıldım. Boyundan aşağısı iflic olan həyat yoldaşım edilən müalicələrlə bu anda yalnız belindən aşağısı tutmur. Müalicəsində irəliləmələr var. Maddi istiqamətdən çətinlik içindəyik. Həyat yoldaşımın müalicəsi üçün pula ehtiyacımız var” dedi. Sultan Dəmirbaş İkis isə, "Bu günlərə həyat yoldaşımın sayəsində gəldik. Özü xüsusi bir sektorda müdirlik edirdi və işini buraxmaq məcburiyyətində qaldı. 22 aydır xəstəyəm və həyat yoldaşım da 22 aydır işləmir. Bu günə ailəmizin və qohumlarımızın dəstəyi ilə gəldik. Bundan sonra tükənirik. Müalicə xərclərim çoxdur” deyə danışdı. Həyat yoldaşının onu tərk edəcəyi qorxusu yaşadığını ifadə edən Sultan Dəmirbaş İkis, "Xəstələnib reanimasiya xidmətinə yatırıldığım zaman ilk ağlıma gələn "həyat yoldaşım məni buraxarmı?” qorxusu idi. Bir gün boyunca yanıma kimsəni götürmədilər. Həmişə həyat yoldaşımın məni tərk edəcəyini düşündüm. Çünki hələ 3 aylıq evliydik. İlk 3 gün ölüm təhlükəm varmış və həkimlər həyat yoldaşımdan başqa birinə söyləməyiblər. İflic qalacağım qorxusuyla həyat yoldaşıma "Məni buraxacaqsanmı?” deyə soruşdum. Ancaq həyat yoldaşım bunu mənə hiss etdirmədi. Allah razı olsun” şəklində danışdı.