"Fənərbaxça" nəhayət, qalib gəldi, "Başakşəhər" xal itirmədi




Türkiyə superliqasında 19-cu tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə 3 matç keçirilib. Lider "Başakşəhər" "Kasımpaşa"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

"Fənərbaxça" isə doğma meydanda "Yeni Malatyaspor"la qarşılaşıb. Görüş İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ölkə çempionatında 6 oyundan sonra ilk qalibiyyətini əldə edən "Fənərbaxça" turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Digər oyunda "Alanyaspor" səfərdə "Ankaragücü"nə qalib gəlib - 2:0.

"Fənərbaxça" - "Yeni Malatyaspor" - 3:2
Qollar: Ekici, 2 (1:0), Mina, 28 (1:1), Ekici, 31 (2:1), Donald,45 (2:2), Topal, 86 (3:2)

"Başakşəhər" - "Kasımpaşa" - 2:0
Qollar: Viska, 42, Elia, 84

"Ankaragücü" - "Alanyaspor" - 0:2
Qollar:Kampos, 6-pen, Sisse, 55