FHN-nin “Telegram” kanalı istifadəyə verildi
13:28 08.07.2021
Arxiv
611
Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir.
Bu çərçivədə vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq, Nazirliyin rəsmi “Telegram” kanalı istifadəyə verilib.
“Fövqəladə Hallar Nazirliyinin rəsmi kanalı” (https://t.me/fhn_official) adı ilə ictimaiyyətə təqdim olunan kanalda Nazirliyin fəaliyyəti, keçirilən tədbirlər barədə, habelə maarifləndirici xarakterli materialların paylaşılması nəzərdə tutulub.
Qeyd edək ki, Naziliyin “Facebook” (@officialfhn), “Twitter” (@officialfhn), “İnstagram” (@officialfhn) sosial şəbəkə səhifələri, habelə “YouTube” kanalı (FHN Official) uzun müddətdir fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət