Fırtına köpək balığını avtomobil yoluna çıxardı - VİDEO




Avstraliyanın Kvinslend ştatının Er şəhərində xilasedicilər və yanğın söndürənlər regiona düşən Debbi fırtınasının avtomobil yoluna atdığı köpək balığını tapıblar.

 
Sherg.az-ın "musavat.com”-a istinadən xəbərinə görə, , bu barədə məlumat Brisbane Times-da yer alıb.
 
Məlumata görə, ələ keçirilən zaman təhlükəli yırtıcı ölü olub. Fövqəladə hallar nazirliyinin nümayəndəsi əhalini ehtiyatlı olmağa çağırıb.