Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək





2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings” agentliyinin yeni hesabatında deyilir.

Agentlik Azərbaycanın emitentinin uzunmüddətli xarici valyutada defolt reytinqi "BB+” səviyyəsində və sabit olaraq təsdiq olunub.

Qeyd olunur ki, bu il Azərbaycanda iqtisadiyyatın artım templəri "Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz tədarükü ilə bağlı olacaq.

Bundan başqa, turizm və kənd təsərrüfatı sahələri də iqtisadi artıma səbəb olacaq.