"Fövqəl qüvvələr böhranlı məqamları müzakirə etməzlərsə, proses gərginləşər" - AÇIQLAMA
15:10 23.07.2018
Arxiv
815
"Donald Tramp hələ özünün seçki kampaniyasında söz vermişdi ki, hakimiyyətə gəlsə, Rusiya ilə dialoqa başlayacaq”.
Bunu "Sherg.az”a Rusiya və Amerika prezidentləri arasında növbəti görüşün keçirilməsi ehtimallarını dəyərləndirərkən politoloq Tofiq Abbasov söyləyib.
O bildirib ki, bu addımı ilə Tramp özünün seçki kampaniyasındakı vədlərinə əməl etdiyini göstərdi:
"İki dövlət arasında olan vəziyyət heç kəsə sirr deyil. Bu durumdan çıxmaqdan ötrü mütləq dialoq lazımdır. Çünki fövqəl qüvvələr öz aralarında böhranlı məqamları müzakirə etməzlərsə, ortaq qənaətə gəlməzlərsə, deməli proses daha da gərginləşər. Ona görə, D.Tramp bəyan etdi ki, Vladimir Putini Amerikaya dəvət edəcəyini açıqladı.
Həqiqətən, dünya gündəliyindəki problemli vəziyyətləri həll etmək üçün bir neçə görüş keçirilməli, prezidentlər geniş müzakirələr aparmalıdırlar. Bir neçə gün əvvəl keçirilən görüşdən sonra cüzi irəliləyiş hiss olunur. Bu isə, yalnız Suriya məsələsi ilə bağlıdır. Problemlərin müzakirəsi, razılaşmaların əldə olunması ilk addımdır. Bundan sonra əsas məsələ bu dialoqlara əməl etməkdir.
Qeyd etməliyik ki, iki supergüc arasında müzakirə olunmalı məsələlər kifayət qədər çoxdur. Dünya miqyasında, Avrasiya regionunda mövcud olan problemlər, post-sovet məkanında dondurulmuş münaqişələr və s. müqəddəratını müəyyən etmək üçün Rusiya və Amerika rəhbərləri hər zaman təmasda olmalıdırlar. Ona görə, iki lider arasında keçirilən bütün görüşlər təqdir olunmalıdır”.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putini payızda Vaşinqtona səfər etməyə dəvət edib. Ağ Evin sözçüsü Sarah Sanders məsələyə dair açıqlamanı sosial media vasitəsilə yayımlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət