" Frankofoniya sammitinin Ermənistanda keçirilməsi Rusiyaya siyasi ismarıcdır" - Deputat





"Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə Frankafoniya sammitinin keçirilməs mədəniyyətə və humanizmə təhqirdir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili bəyan edib ki, beynəlxalq Frankofoniya sammiti 17-ci dəfədir ki, təşkil olunur. Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir. Ancaq Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır:

"Ümumiyyətlə Ermənistanda başqa xalqlar demək olur ki, yaşamır. Bunun səbəbi isə ermənilərin başqa xalqlara olan nifrəti və aqressiyasıdır. Ermənistanda yaşayan Azərbaycanlıların sonuncu dalğası 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarılıb. Halbuki həmin torpaqlarda yaşamaq hüququ ilk növbədə bu yerlərin aborigenləri olan azərbaycanlılara məxsus idi. Ermənistan adlı süni dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb. İndi isə 40 dan çox ölkənin nümayəndəsinin iştirakı ilə İrəvanda Frankafoniya sammiti keçirilir. Nə qədər təzadlıdır ki, 17-ci sammitin çağırışı da regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib”.
Deputata görə, məsələnin siyasi tərəfi də var. Ermənistan fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən siyasi divident əldə etmək istəyir:

"Uzun illərədən bəri dünyaya özlərini fransız mədəniyyətinə ən yaxın xalqlardan bir kimi təqdim etməyə çalışan ermənilər daima olmayan bir məsələni fransız-erməni tarixi əlaqələri kimi təqdim edirlər. Əslində isə fransızlarla ermənilərin dostluğunun tarixi Osmanlıya qarşı düşmənçilik və xəyanətlə başlayır. Bu gün isə bu həm də Rusiyaya qarşı verilən bir siyasi ismarıcdır. Ermənistanın qərbyönümlü siyasət yürüdəcəyinə işarədir. Ancaq belə ucuz şoularla erməni faşizmini gizlətmək mümkün deyil. Ermənistan işğalçıdır, azərbaycanlılara qarşı soyqırımı törədib və buna görə cavab verəcək”.

Qeyd edək ki, 17-ci Beynəlxalq Frankofoniya sammitinin 11-12 oktyabr tarixlərində Ermənistanda keçiriləcəyi deyilir. Ermənistanda keçirilməsi planlaşdırılıb. Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir.

İsmayıl