Frankofoniya sammitinin Ermənistanda keçirilməsinə münasibət: " Fransada fransız, Rusiyada rus olurlar"

"Ermənilər həmişə lazım olanda provaslavdırlar, lazım olanda da katalikosdurlar". Onlar katolik dininə yaxın olduqlarını iddia edirlər".
Bu sözləri "Sherg.az"a növbəti beynəlxalq Frankofoniya sammitinin Ermənistanda keçirilməsinə münasibət bildirərkən millət vəkili Araz Əlizadə söyləyib. 
Deputat qeyd edib ki, bu cür ikiüzlülük ermənilərin adətidir:
"Fransada fransızlardan çox fransızdırlar. Rusiyada ruslardan çox rusdurlar. Siyasi tok-şoulara baxsanız bütün bunların şahidi ola bilərsiniz. Erməni ekspertlərin az qala bütün fikirləri "Biz Rusiya..." ifadəsilə başlayır və bu ifadə ilə də başa çatır. 
Fransada olan vətənimiz Fransa, Rusiyada olanda vətənimiz Rusiyadır deyirlər. 
Bu, onların milli xüsusiyyətləridir. Onlar hər şeyə uyğunlaşırlar".
Deputat hesab edir ki, hümanizm, demokratiya, multikultural dəyərlər və tolerantlığın mənasını, mahiyyətini dərk etməyən bir ölkədə Frankofoniya kimi sammitin keçirilməsi dorğudan da paradoksal haldır. 
Bu beynəlxalq tədbir o ölkələrdə təşkil olunmalıdır ki, həmin məmləkətdə müxtəlif ölkə və xalqların millətləri bir arada kompakt yaşasın. Onlara öz din və mədəniyyətlərinin icrası üçün hər hansı bir təzyiq göstərilməsin və o ölkədə bütün xalqlar öz din və mədəniyyətlərini yaşada bilsin. Ermənistan isə monoetnik bir ölkədir. 
Orada belə dəyərlərə məhəl qoyan yoxdur və ümumiyyətlə, bu kimi rituallar hələ ora gedib çıxmayıb. Frankofoniya bayramının ruhunda bir hümanizm, demokratiya, mültikulturalizm, insan hüquq və azadlıqları məsələləri dayanır. Bir milyondan artıq Azərbaycan xalqını öz yurd-yuvasından didərgin salmış, əli yüzlərlə günahsız azərbaycanlının qanına bulaşmış bir xalq, bir ölkə necə hümanizm və insan haqlarından danışa bilər axı ?!"
Qeyd edək ki, beynəlxalq Frankofoniya sammiti 17-ci dəfədir ki, təşkil olunur. Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir.
Ayyət Əhməd