Fransa 15 adamın həyatını qurtaran müsəlman gəncə vətəndaşlıq verəcək

Fransa daxili işlər naziri Bernard Cazeneuve, Parisdə bir yəhudi marketinə təşkil edilən və dörd nəfərin ölümünə gətirib çıxaran silahlı basqında 15 müştərini dərin dondurucuda saxlayaraq həyatlarını qurtaran Malili müsəlman gəncə vətəndaşlıq veriləcəyini açıqladı.
Lassana Bathily adlı malili müsəlman gəncə vətəndaşlıq verilməsi üçün başladılan və qısa müddət içində 270 min imzaya çatan kampaniyanın ardından hərəkətə keçən Cazeneuve, "təcili müddət" başladıldığını və malili gəncə vətəndaşlıq veriləcəyini bildirdi.
Yazılı bir şərh verən Cazeneuve, malili müsəlman gənci cəsarətindən dolayı təriflədi və 20 yanvarda onun da olacağı mərasimlə vətəndaşlıqla əlaqədar sənədlərin veriləcəyini söylədi.
Girov böhranı əsnasında göstərdiyi cəsarətdən ötəri dövlət başçısı Olland da telefonla axtararaq malili müsəlman gənci təbrik etmişdi.
Malili gənc, hücum zamanı 15 müştərini marketin altındakı anbara endirmiş və buradakı böyük dərin dondurucuda saxlayaraq həyatlarını qurtarmışdı.