Fərhad Mehdiyev: “Baş nazirin yerində Rəcəb Tayyib Ərdoğan olsaydı, ciddi sıxıntı yaşanacaqdı”
Fransa Əhməd Davudoğlunun timsalında Türkiyəni aşağıladı
Elxan Şahinoğlu: “Fransa islamafobiyaya başlasa, özü zəifləyəcək”
Fərhad Mehdiyev: “Baş nazirin yerində Rəcəb Tayyib Ərdoğan olsaydı, ciddi sıxıntı yaşanacaqdı”
Fərhad Mehdiyev: “Baş nazirin yerində Rəcəb Tayyib Ərdoğan olsaydı, ciddi sıxıntı yaşanacaqdı”
Türkiyənin baş naziri Əhməd Davudoğlu Fransada pərt olub. Ötən günlərdə Parisdə "Charlie Hebdo” jurnalı redaksiyasında törədilən qətliama dair 1 milyon 300 min insanın iştirakı ilə həmrəylik yürüşü keçirilib. 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərlərinin qatıldığı aksiyada qardaş ölkənin baş naziri Ə.Davudoğlu da iştirak edib.
Yürüşdə jurnalistlərin diqqətindən yayınmayan çox maraqlı bir məqam yaşanıb. Fransa prezidenti Fransua Olland digər ölkə rəsmiləri ilə görüşərkən Davudoğluna soyuq münasibət sərgiləyərək Türkiyə rəsmisinin əlini sıxmayıb. Sözügedən qanlı terror hadisəsindən sonra
Fransa cəmiyyətində və eləcə də Avropa məkanında müsəlman ölkələrinə qarşı aqressiya daha da güclənib. Hətta hadisə baş verən gün fransızlar ölkələrindəki müsəlman məscidlərinə basqınlar etdilər. Onların islama və müsəlmanlara qarşı onsuz da xoş olmayan münasibətləri daha da gərginləşib. Maraq doğuran məsələ odur ki, hansısa olayda müsəlman ölkələrinin adı hallananda Avropa məhz qardaş Türkiyəni hədəfə alır. F.Ollandın qonaqlarla görüşünü əks etdirən videolentdə də Davudoğluna göstərilən soyuqluğu aydınca müşahidə etmək olur.
Sözügedən videonu izlədiyini deyən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, Türkiyənin baş nazirinə qarşı antipatik davranış olmayıb: "Amerikanın heç bir rəsmisi yürüşə qatılmadı. Bu o demək deyil ki, Amerika Fransa ilə həmrəy deyil. Baxın, Türkiyə və Fələstinin baş naziri həmrəylik yürüşündə iştirak etdilər. Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov da bu tədbirə qatılıb. Ollandın müsəlman ölkələrinə qarşı ikili standart yürütdüyünü düşünmürəm. Düzdü, Qarabağ və digər məsələlərdə ikili standartlardan çıxış edirlər. Bu hadisələrdə ikili standartlar yürütsələr, özlərinə ziyan vurmuş olacaqlar. Türkiyə demokratiya baxımından digər islam ölkələrinə bir nümunə olduğundan Fransa rəsmi Ankaradan ikiəlli yapışmalıdır. Qardaş ölkənin Avropa Birliyinə qəbul olunmaması təşkilatın ən böyük yanlışıdır. Çünki Aİ xristian blokuna bənzəyir. Əgər Türkiyəni öz sıralarına alsaydılar, bu ikiüzlülük ortadan qaldırılardı”.
Faciəvi olayın Avropadakı müsəlmanlara göstərəcəyi təsirlərdən söz açan E.Şahinoğlu diqqətə çatdırıb ki, Fransa islamafobiyaya başlasa, özü zəifləyəcək: "İddialar irəli sürürlər ki, guya, rəsmi Paris bundan istifadə edərək Suriyaya qoşun yeridəcək. Reallıqdan uzaq versiyadır. Bunun qurama bir hadisə olduğuna inanmıram. Tutalım, quramadır. Bəs Pakistanda nə baş verir? "Taliban” günahsız şagirdləri niyə qətlə yetirir? Pakistan xristian dövlətidir? İŞİD-i Amerika ilə İsrail yaradıbsa bəs "Taliban”ı kim yaradıb? Hazırkı terrorda yalan axtarmağın tərəfdarı deyiləm. Baxın, terrorçu qardaşlar dini təhsil alıblar. Müsəlman ölkələri çalışmalıdırlar ki, islamı dünyaya maarifçi din kimi təqdim etsinlər. İş bunun üzərində aparılmalı və islamın terrora xidmət etmədiyi sübuta yetirilməlidir”. Fransa Avropanın demokratik və tolerant ölkələrindəndir. Bu baxımdan hadisədən sonra Avropadakı müsəlmanlara təzyiqlərin olacağını zənn etmirəm. Ola bilər ki, miqrasiya haqqında siyasətinə yenidən baxsın. Bu isə o anlama gəlməli deyil ki, yalnız müsəlmanlara qadağa qoyulacaq. Digər ölkələrdən gələnlər də yasaqlana bilər”.
Terrorçuların islamla əlaqəsinin olmadığını deyən mərkəz sədri vurğulayıb ki, bunu Fransa prezidentinin özü də bildirib: "Fransa və bütövlükdə Avropadakı müsəlmanlar məlum cinayət əməlinin əleyhinədirlər. Bir sözlə, müsəlman dünyası çalışmalıdır ki, qərb ölkələri arasında uçurum yaranmasın. Dialoqu bərpa etmək lazımdır. Dövlət başçılarının məlum yürüşündə müsəlman ölkələrini təmsil edən dövlət rəsmilərinin iştirakı müsbət haldır. Müsəlman ölkələri hadisəni pisləməlidirlər”.
Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə söyləyib ki, Ə.Davudoğlu Fransada ürəkaçan qarşılanmayıb. Bu da ölkələr arasındakı münasibətlərin gərginliyindən xəbər verir: "Avropa İttifaqında AKP-nin həyata keçirdiyi siyasətlə əlaqədar ciddi etirazlar var. Ə.Davudoğlu ola bilsin ki, bu səbəblərdən soyuq qarşılanıb”. Politoloq bəyan edib ki, Türkiyə bu soyuqluğa mütləq cavab verəcək: "Amma baş nazirin yerində Rəcəb Tayyib Ərdoğan olsaydı, ciddi sıxıntı yaşanacaqdı”. F.Mehdiyev Türkiyə-Fransa arasındakı münasibətlərin gərginliyin söz atışması formasında olması ilə izah edib: "Münasibətlərin soyuması iki ölkə arasındakı iqtisadi məsələlərə çox ciddi təsir göstərəcək”.
Ayyət Əhməd