Fuad Abbasova dəstək verməliyik: "Jurnalistin müdafiəsi ilə məşğul olunmalıdır"
13:03 25.02.2019
Arxiv
607
"Fuad Abbasovun müdafiəsi ilə bağlı konkret hansı addımlar atılacağını deyə bilmərəm. Biz ən əsası həmkarımızın hansı ölkənin vətəndaşı olduğuna diqqət yetirməliyik”. Bu sözləri Sherg.az-a açıqlamasında media eksperti, tanınmış jurnalist, "Ayna"nın baş redaktoru Elçin Şıxlı deyib.
Fuad Abbasovun hansısa Türkiyə agentliyinin Rusiyadakı nümayəndəsi kimi tanıyan E.Şıxlı eyni zamanda Rusiyada Azərbaycanı da təmsil edən çoxsaylı jurnalistlərimizin olduğunu söyləyib:
" Əgər Fuad Abbasov Azərbaycan vətəndaşıdırsa, biz onun müdafiəsini daha geniş şəkildə qura bilərik. Yəni hökumətin müdaxiləsi ilə bu məsələ tezliklə həll oluna bilər. Yox əgər Fuad Abbasov bizim vətəndaşımız deyilsə, onda əsas yük dövlətdən daha çox ictimai təşkilatların üzərinə düşür. Dövlət açıq şəkildə hüquqi müdafiədə təmsil oluna bilməz”.
E. Şıxlının sözlərinə görə, onun haqqında cinayət işi açılıbsa, vəkillər qrupu olmalı və həmkarımızın müdafiəsi ilə məşğul olmalıdırlar:
"Həyatına təhdid məsələsini sənədləşdirib məhkəmə qarşısında iddia qaldırmalıdırlar. Paralel olaraq da, sosial şəbəkələrdə, mediada dəstək nümayiş etdirməliyik”.
Qeyd edək ki, Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan Fuad Abbasov dünən sosial şəbəkədə və Youtube-dan izləyicilərinə müraciət edərək ermənilərin onunla bağlı ermənilərin hərəkətə keçdiyini və hər an öldürülə biləcəyini açıqlayıb. Hətta bu videonun onun son paylaşımı ola biləcəyini istisna etməyən jurnalist ermənilərin imza kampaniyası apardığını və onun həbs olunmaq ehtimalı olduğunu əlavə edib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı