Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var





Füzuli rayonunda yük qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.