Gəmi qəzasında sağ qalan Türkiyə vətəndaşları vətənlərinə göndərilib





Yanvarın 21-də Kerç boğazında yanan iki gəmidə sağ qalmış Türkiyə vətəndaşları vətənlərinə göndərilib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qəzada həlak olmuş türkiyəlilərin cənazəsi isə yanvarın 28-də yola salınacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatın görə, gəmilərdəki türkiyəli ekipaj üzvlərindən 8-i xilas edilib, 4-nün cəsədi tapılıb, 4 nəfər isə itkin düşüb.