Gənc oğlan ov tüfəngi ilə özünü vurub öldürdü




Samux rayonunda intihar hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə axşam saatlarında rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Alıyev Nürəddin Mülayim oğlu yaşdığı evdə ov tüfəngi ilə özünü vuraraq öldürüb. İntiharın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.