Gəncə sakininin ÜSTÜNDƏN QATAR KEÇDİ




Gəncə şəhər sakini elektrovozun altında qalıb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ş. Quliyev dəmir yolu xəttinin kənarında sol qolu kəsilmiş vəziyyətdə aşkarlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.