
Gəncə və Sivas qardaşlaşa bilər - Foto
09:07 23.02.2019
Arxiv
576
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Sivas bələdiyyəsinin nümayəndələrini qəbul edib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə Sivas bələdiyyəsinin sədr müavinləri Əbdurrahim Ceyhan, Mahir Kuzucu, Əhməd Özaydın, Sivas Bələdiyyə Məclisinin üzvləri Tacəddin İlkay, Cəfər Çonqar və şöbə müdiri Kamil Aydındağ iştirak ediblər. Görüşə Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev də qatılıb.
N.Bayramov qonaqları salamlayaraq onları Nizami yurdunda görməkdən məmnun olduğunu dilə gətirib. Şəhər rəhbəri Sivas bələdiyyəsinin üzvlərinə Gəncə, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə məlumat verib. O bildirib ki, Gəncədə bir sıra iri sənaye müəssisələri, 3 universitet və 3 kollec fəaliyyət göstərir. Son illərdə müxtəlif beynəlxalq titulların sahibi olan Gəncə bu il üçün "Avropanın İdman Şəhəri" statusunu daşıyır.

Sivas bələdiyyəsinin nümayəndələri Gəncədə olmaqdan məmmunluq ifadə edərək, öz növbələrində Sivas barədə məlumat veriblər. Onlar qeyd ediblər ki, Sivas iqtisadiyyatının əsasını sənaye və kənd təsərrüfatı təşkil edir. Sənayedə dəmirçilikdən irəli gələn lokomotiv istehsalı ön plandadır. Türkiyənin ən önəmli enerji qaynaqlarından biri olan "Kangal Termik Santralı” Sivasda yerləşir. Türkiyənin ən böyük "Qəhvəyi kömür” istehsalı müəssisəsi də Sivasdadır.
Səfərlərinin məqsədindən söz açan qonaqlar Sivasla Gəncə arasında "qardaş şəhər” münasibətlərinin qurulmasında maraqlı olduqlarını qeyd ediblər. Gəncə ilə Sivas arasında mədəni və iqtisadi əlaqələrin yaradılması istiqamətində müzakirələr aparılıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən söz açılıb, Gəncə və Sivas arasında qurula biləcək əlaqələrin bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi dilə gətirilib.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya