Gəncədə iki maşın toqquşdu, yaralılar var




Gəncədə yük maşını ilə avtomobil toqquşub. "Sherg.az" "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl yolu istiqamətində baş verib.

Belə ki, "Ford Tranzit” markalı yük maşını ilə "VAZ-2107” markalı avtomobil toqquşub.

İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

"VAZ-2107” markalı maşında olan Kəlbəcər rayon sakinləri - 1971-ci il təvəllüdlü İsmayılova Sevda və 1979-cu il təvəllüdlü İsmayılova Aynurə yaralanıb.

Yaralılardan biri də 1995-ci il təvəllüdlü Bayramov Dəyanətdir, o, "Ford Tranzit” markalı yük maşınını idarə edib.

Faktla bağlı araşdırma aparılır.