
General erməni bayrağına görə etiraz edən Zəhranı təltif etdi - FOTO
16:18 25.02.2019
Arxiv
750
2019-cu ilin fevral ayının 08-10 tarixlərində İran İslam Respublikasının Tehran şəhərində baş tutmuş karate idman növü üzrə "Master Cup” beynəlxalq turnirində böyük qələbələr qazanmış "Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları 25 fevral tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.
DSX-dan "Sherg.az"a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələrini, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunub.

İdmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Salmanlının uğurlu çıxışının və vətənpərvərlik nümunəsinin yüksək qiymətləndirilərək hədiyyə ilə təltifləndirilməsinin Azərbaycan dövlətinin gənc idmançıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olmasını xüsusi vurğulanıb.
"Sərhədçi” idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mirzəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstərməsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş karate üzrə sonuncu "Master Cup” turnirində ölkəmizi təmsil edən "Sərhədçi” idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qazanmasını, komandamızın ümumi hesabda 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənistandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə edib.
Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üstünlüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Salmanlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azərbaycan Respublikasının dövlət bayrağının Ermənistan bayrağından aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bayrağımıza qarşı bu hörmətsizliyin aradan qaldırılmayacağı halda komandamızın turnirdə iştirakdan imtina etməsinin bildirilməsinin və nəticədə bu xoşagəlməz halın aradan qaldırılmasının təmsilçilərimizin vətənpərvərliyinin, Vətənə olan sevgisinin göstəricisi, dövləti maraqların müdafiəsinə əsl sərhədçi sədaqətinin ifadəsi olması qeyd edilib.
Turnir zamanı Azərbaycan Respublikasının dövlət himnini 7 dəfə səsləndirmiş, 12 dəfə dövlət bayrağımızı yüksəltmiş idmançılar Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Fəxri Fərmanla”, komandanın məşqçisi Səfərov Zöhrab Həsən oğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş, hər bir idmançıya Azərbaycan Respublikasının dövlət bayrağı və sərhədçi bereti hədiyyə edilib. Turnirdə ölkəmizi təmsil etmiş heyətlə çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı "Sərhədçi” idman klubunun idmançılarının gələcək planları, iştirak edəcəkləri turnirlər, məşq şəraiti və digər məsələlər müzakirə olunmuş, gənc idmançılara hərtərəfli dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya