“Google” “WhatsApp”ın qatili”ni buraxır
10:05 23.07.2018
Arxiv
752
"Google” 2018-ci ildə yeni ödənişsiz "Android Chat” messencerini buraxacaq.
İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, mütəxəssislər indidən onu "WhatsApp”ın qatili” adlandırırlar.
Messencer "Android” əməliyyat sisteminin bazasında fəaliyyət göstərən bütün yeni mobil cihazlarda mövcud olacaq.
Texniki mütəxəssislərinin fikirlərinə görə, "Google” şirkəti o qədər uğurlu tətbiqi işə salacaq ki, "Viber”, "Telegram” və "WhatsApp” kimi messencerlər ikinci plana keçəcək. Onların ilkin məlumatlarına əsasən, "Android Chat” "Android Messenger”in yenilənmiş versiyası olacaq. İlkin mərhələdə bu tətbiq digər messencerlərlə rəqib ola bilmək üçün tam yenilənmə əldə etməyəcək.
Yeni funksiyaların tətbiq edilməsi üçün az vaxt lazım gəlməyəcək. Əvəzində bu messencer buraxılanda məlumat mübadiləsi ilə bağlı keyfiyyətli tətbiq alınacaq ki, o da "WhatsApp”ı çox geridə qoyacaq.
Messencerin dəqiq buraxılma vaxtı hələlik məlum deyil. Ancaq mütəxəssislər əmindirlər ki, o qədər də çox gözləməli olmayacağıq və "Android Chat” artıq bu il smartfonlarda olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm