Gözlənən qərar gəldi: Bütün Türkiyədə bir günlük milli matəm elan olundu




İstanbul Atatürk Hava limanında baş vermiş terrorla əlaqədar günün son dəqiqə xəbəri gəldi. Baş nazirlik, hava limanında yaşanan terror hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə bir gün milli matəm elan edildiyini bildirdi. Bütün ölkədə və xarici nümayəndəliklərdə bu gün bayraqlar yarıya endiriləcək.