Günahı olmadan 39 il həbsdə qaldı, sonra azad edib, 21 milyon dollar verdilər





Kaliforniyada 2 nəfərin qətlində təqsirli bilinərək 39 il azadlıqdan məhrum edilən Kreyq Kolinin günahsızlığı isbat olunub.

"Sherg.az” "lefigaro.fr”ə istiandən xəbər verir ki, onun bu qətli törətmədiyi isbat olunduqdan sonra ona 21 milyon dollar təzminat verilib.

K.Koli 1978-ci ildən həbsə alınıb. O 24 yaşlı xanım dostu Ronda Viç və onun 4 yaşlı körpəsini öldürməkdə təqsirli bilinib. 

Törətrmədiyi biu qətlə görə, ömürlük azadlıqdan məhrum edilib. Amma təxminən 40 il məhbəsdə yatandan sonra Kaliforniya hökuməti meyitlərdən götürülən DNT analizləri nəticəsində onun günahsız olduğunu üzə çıxarıb.

 O, 2017-ci ilin noyabrında, 71 yaşında azadlığa buraxılıb. K.Koli Simi-Veli şəhər rəhbərliyi ilə razılıq əldə edib. Razılığa əsasən günahsız yerə 39 il məhbus həyatı yaşadığı üçün ona 21 milyon dollar ödənilib.

Tərcümə etdi: Ayyət Əhməd