Gündüz saatlarından etibarən hava şəraiti sabitləşəcək




Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, hazırda respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.