"Gürcüstan-Azərbaycan münasibətləri stabil və dəyişməyən siyasət üzrə davam etdirilir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Siyasi ekspert bildirib ki, regionda bənzər tale yaşayan bu iki ölkə bir-biri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri qurmağa məcburdur. Əks təqdirdə hər iki ölkə dərin krizisə düşə bilər:
"Gürcüstanın Azərbaycansız ayaqda qalması bu günün tələblərinə görə qətiyyən mümkün deyil. Rusiya tərəfindən torpaqları işğal olunmuş Gürcüstan həm də enerji böhranı yaşayır. Lakin Azərbaycan xalqı hər zaman olduğu kimi özünün necə böyük ürəyə sahib olmasını bir daha sübut etdi. Qışın sərt günlərində Rusiya tərəfindən verilən enerjinin dayandırılmasını sığortalamaq üçün xalqımızın qaza olan təlabatını azaldaraq gürcü xalqına kömək əlimizi uzatdıq.Təbii ki, biz həm də Gürcüstanda yaşayan soydaşlarımızı düşünmüşdük. Eyni zamanda Gürcüstan bizim üçün enerji daşıyıcılarımızı dünya bazarına çıxarmaq üçün çox mühüm koridordur. İndiyə qədər bütün enerji layihələrimizin çox uğurla həyata keçməsi iki ölkənin qarşlıqlı anlaşması nəticəsində mümkün olub”.
Analitikin sözlərinə görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya səfəri yeni rəhbərliyin ölkəmizlə indiyə qədər həyata keçirilən layihələr, anlaşmalar və iqtisadi əlaqələri möhkəmləndirmək məqsədi güdür:
"Zurabişvili ruspərəst siyasətçi kimi tanınsa da, bu xanım Avropada doğulib və Qərb siyasi mühitində tərbiyyə görüb. Artıq NATO Gürcüstanın qapısını döyür. Yaxın illərdə Rusiya birbaşa öz sərhəddində NATO qoşunlarını görmək məcburiyyətində qalacaq. Gürcüstan hakimiyyəti artıq birmənalı olaraq dərk edib ki, işğal olunmuş torpaqlarının azad edilməsi yalnız zamanın məsələsidir. Heç bir danışıq və ya Rusiyanın xeyirinə edilmiş güzəşt torpaqların azad olunması ilə nəticələnməyəcək. Ona görə də bu məsələdə üzünü Qərbə və NATO-ya çevirməyi üstün tutub”.
Siyasi şərhçinin sözlərinə görə, eyni vəziyyət Dağlıq Qarabağ ətrafında baş verən proseslərə də şamil edilə bilər:
"Azərbaycan Gürcüstanla birlikdə Avropaya inteqrasiya barədə ciddi düşünməlidir. Xatırladım ki, Ermənistan artıq bu istiqamətdə fəaliyyətini gücləndirib. Bəzi ekspertlərin "Ermənistanın Avropa ailəsinə qoşularsa Rusiya tərəfindən cəzalandırılacaq” versiyası həqiqəti əks etdirmir. Hesab edirəm ki, Ermənistan həm, Rusiya həm də Avropa ilə eyni zamanda əməkdaşlıq etmək barədə istəklərini həyata keçirəcək”.
İsmayıl