Hadrutda daha 3 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 3 erməni hərbçinin cəsədi Hadrut ərazisində tapılıb.
"Sherg.az"qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb. Ölən hərbçilərin şəxsiyyətini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək. 
Ümumilikdə münaqişə zonasında 1601 hərbçinin cəsədi və yaxud qalıqları tapılıb.