Heç bir müvafiq təhsili yoxdur

YouTube-da videoya baxıb diş çəkdi



Tailandda bir qadının heç bir təhsili və bacarığı olmadan, hətta YouTube-da videolara baxaraq diş həkimi kimi fəaliyyət göstərdiyi aşkarlanıb. Tailandın Prae şəhəridə yaşayan 21 yaşlı Thararat Thaptimtae adlı qadın özəl stomatoloji klinika açmışdı. Lakin klinikanın müştərilərinin şikayətləri artanda polis bu "səhiyyə müəssisəsi”nə baxış keçirib. Bəlli olub ki, Thararatın heç bir müvafiq təhsili yoxdur. Hətta o, YouTube-da videolara baxaraq diş çəkir, müalicə ilə "məşğul” olurmuş. Saxta diş həkimi həbs olunub.