Hər zaman belə olub: “Aeroportda siqaretdən istifadə etməyə icazə verilmir”




"Azərbaycan Hava Yolları” QSC bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadəni qadağan etməsinə aydınlıq gətirib.

"AZAL”ın mətbuat sözçüsü Məhərrəm Səfərli "Şərq”ə açıqlamasında belə qadağanın hər zaman olduğunu bildirib: "Sadəcə biz bunu bir daha bəyan edirik ki, belə hallar baş verməsin. Aeroportda siqaretdən istifadə etməyə icazə verilmir”.

Qeyd edək ki, belə qurğuların yalnız sərnişinin əl çantasında daşınması tələb olunur. Bununla yanaşı, bütün hallarda litium-metal (bir dəfə istifadə olunan, enerji toplamayan batareyalar) batareyaların (UN 3090) AZAL-ın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib.

Vüqar Şahinoğlu