Həvva Məmmədova:"Prezident məcburi köçkünlərimizə daim həssaslıqla yanaşıb"



"Qaçqın və məcburi köçkünlərimiz hər zaman dövlətin diqqətində olub”.

Bu sözləri "Sherg.az” a açıqlamasında sabiq millət vəkili Həvva Məmmədova deyib.

Onun sözlərinə görə, Prezidentin apardığı sosial siyasətin əsasını qayğıya ehtiyacı olan vətəndaşlarımızın rifah halının yaxşılaşması təşkil edir:

"Dünya statsitikası üzrə ən çox məcburi köçkünlər Azərbaycanda məskunlaşıb. Ölkəmizdə 1 milyon 200 mindən artıq insan qaçqın və məcburi köçkündür. 30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana təzyiqi davam edir. Bu günə qədər məcburi köçkünlərimiz üçün 102 qəsəbə tikilib və 55 mindən çox qaçqın mənzillə təmin olunub. 

Ödənişli təhsil alan məcburi köçkün uşaqlarının təhsil xərcləri dövlət tərəfindən ödənilir. Bütün bunlar o deməkdir ki, prezidentin diqqət və qayğısı hər an məcburi köçkünlərin üzərindədir. 

Qaçqınlarımız hər zaman diqqət gördükləri üçün cənab prezidentinin yürütdüyü siyasəti alqışlayıblar. Prezident hər il doğum gününü köçkünlər üçün tikilən yeni qəsəbənin açılışında qeyd edir. Bütün bunlar Azərbaycan tarixinə qızılı hərflərlə yazılası bir hadisədir. Vaxt gələcək məcburi köçkünlərimiz də öz yurdlarına qayıdacaqlar. Amma ölkə başçısının atdığı bütün addımları, onlara göstərilən qayğını heç vaxt unutmayacaqlar.

Köçkünlərimizə verilən müavinətlərin artırılması onlar üçün olduqca vacibdir. Prezident qaçqınlarımızla görüşü zamanı hər zaman bildirir ki, siz burada müvəqqəti məskunlaşırsız. Prezident hər dəfə "müvəqqəti” sözünü deyəndə nə qədər insan içində böyük bir təsəlli tapır.

Məcburi köçkün statusu daşıyan bir vətəndaş olaraq hər zaman prezidentimizin diqqət və qayğısını görmüşəm. Görülən bütün işlər təqdirəlayiqdir. Dünyanın heç bir ölkəsində qayğıya ehtiyacı olan vətəndaşlar Azərbaycanda olduğu kimi diqqətdə saxlanılmır. Prezident daim məcburi köçkünlərimizə həssaslıqla yanaşıb. Ölkə başçısına gördüyü işlər üçün dərin təşəkkürlərimi bildirirəm”.

Yeganə Bayramova