Həyatına yeni başlamış bir gəncin faciəsi... - RƏZALƏT

Səadət Bənənyarlı: "4 yaşlı qızını bu cür münasibətlərə məcbur edən, onun videolarını çəkən ana psixoloji xəstədir"



"Ananın öz qızının intim görüntülərini yayması onun psixoloji durumunu sual altına alır”.

Bunu "Sherg.az”a hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib. 

O bildirib ki, normal ailələrdə bu cür tükürpədən hadisələr baş vermir:

"14 yaşlı qızını bu cür münasibətlərə məcbur edən, onun videolarını çəkən ana psixoloji xəstədir. Həmin ananın müalicəyə ehtiyacı var. Çünki normal insan, öz övladını qorumaqdan əlavə, gələcəyini düşünməlidir. Bu videoların yayılması, prosesin məhkəməyə qədər gəlib çıxması, biabırçı haldır. Qız uşağının belə hərəkətlərə cəlb edilməsi özü də sual doğurur. Çünki 14 yaşlı qız hər halda müəyyən qədər məlumatlıdır və nəyə razı olduğundan xəbərdardır.

Videonun yayılması anormal hadisədir. Belə hallar nadir hallarda, psixi durumu yerində olmayan şəxslər tərəfindən törədilir. Həmin qadın övladına da artıq bu düşüncəni keçirmiş xəstə anadır. Cəmiyyət buna göz yummamalıdır. Kəskin şəkildə bu şəxslər tənqid olunmalı, mənfi qiymətləndirilməlidir”.

S.Bənənyarlı bildirib ki, yeniyetmə qızla xüsusi psixoloqlar işləməlidir:

"Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan orqanlar qızı ailədən, anadan ayırmalıdır. Ona məktəbdə də nəzarət olunmalı idi. O qızın əhatəsi, dostları var, gələcəkdə bu cəmiyyətdə qəbul olunması problemi ortaya çıxır. Bu sahədə məsuliyyətli şəxslər yeniyetmə qızla məşğul olmalı, xüsusi nəzarətə götürməli, həm maddi, həm də psixoloji durumunu öz üzərinə almalıdır. Çünki bu biabırçılıq həyatına yeni başlamış bir gəncin faciəsidir”.

Qeyd edək ki, 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Aysel Aslan