Heyvanlar insanların bu hisslərini üzə çıxarır"- Psixoloq
09:44 12.02.2018
Arxiv
1072
"At, dovşan, pişik, delfin, it və s. heyvanlardan psixoterapiyada istifadə olunur”.
Bunu "Sherg.az”a psixoloq Narınc Rüstəmova söyləyib.
O vurğulayıb ki, xüsusilə ciddi psixoloji problemi olan xəstələrdə nəzarət mexanizmi itdiyindən, ibtidai dönəmə qayıtdığından bu cür metodlarla müalicə edilir:
"Burada onların bəsit ünsiyyət və emosiyaları üzə çıxır. Adətən belə insanlar özünə qapalı, ünsiyyət qura bilməyən insanlar olur. Bu hallarda itlərdən istifadə edilir.
Heyvanlarda ali deyil, ibtidai hisslər var. Məsələn, itin başına sığal çəkdikdə, sahibinin əl, ayağını yalayır, sərt davrandıqda, o da dişləyir, hürür. Xəstələr bu cür terapiya ilə emosiyalarını kontrol etməyi öyrənirlər. Hətta zoopsixologiya elmi də tədris olunur. Zəka geriliyi, ünsiyyət problemi olan uşaqların müalicəsində heyvanlardan çox istifadə olunur.
Ən çox məhəbbət dolu heyvanlar müalicədə istifadə olunurlar. Təbii ki, vəhşi heyvanları terapiyada istifadə edə bilmərik.
Şəhərdə yaşayan ailələr üçün ev heyvanlarını saxlamaq çətindir. Amma istənilən halda uşaqların terapiyası, psixoloji problemli xəstələrin müalicəsi üçün bu vacibdir”.
Qeyd edək ki, paytaxtın Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından ümumi psixi xəstəliklərdən əziyyət çəkənlər itlər vasitəsi ilə müalicə edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm