Hüquq müdafiəçisi: "Ölkə başçısının problemi kreditlərlə bağlı qərarı öz fərqliliyi ilə seçildi"
11:52 28.02.2019
Arxiv
503
"Son aylarda qəbul edilən qərarlar, imzalanan sərəncamlar və fərmanlar bütövlükdə sosial siyasət sahəsində keyfiyyətcə yeni bir dövrə keçdiyimizi göstərir”.
Bunu "Sherg.az”a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Hüquqşünas bildirib ki, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və dayanıqlığının təmin edilməsi istiqamətində çox mühüm qərarlar qəbul edilməkdədir: "İstər şəhid ailələri ilə bağlı verilən qərarlar, istərsə də maaşların və pensiyaların artırılması, sosial müavinətlərin yüksəldilməsi genişmiqyaslı sosial müdafiə tədbirləri deməkdir. Həm də cənab Prezidentin söylədiyi kimi sistemli islahatların tərkib hissəsidir. Biz sosial sahədə həyata keçirilən islahatların ümumi sistemini görürük. Nəticələr yüz minlərlə insanı əhatə edir və genişmiqyaslı islahatların dayanıqlı və davamedici olacağı vurğulanır”.
Ekspertin sözlərinə görə, dövlət başçısının mühüm qərarlarından biri də problemli kreditlərlə bağlı oldu:
"Prezident çıxışında qeyd edirdi ki, qəbul etdiyimiz qərarlar tamamilə fərqli olacaq. İndiyə qədər bəzi ölkələrdə oxşar proseslər baş vermiş və bir sıra sərəncamlar imzalanmışdı. Ancaq qərarlar dayanqlı olmadı və məqsədinə çatmadı. Lakin ölkə başçısının problemi kreditlərlə bağlı qərarı öz fərqliliyi ilə seçildi. Bilirsiz ki, problemli kreditlər elə bir məsələdir ki, onun həlli müvəqqəti, yəni "yanğın söndürən” tipli olmamalı idi. Dövlət başçısının vurğuladığı kimi verilən qərarlar problemi kökündən və birdəfəlik həll etməlidir. Ona görə də Prezidentin bütün qərarları kompleks xarakteri daşıyır”.
Ə.Nuriyev vurğulayıb ki, indiki sistem mövcud tələblərə və çağırışlara cavab vermirdi:
"Bunu dövlət başçısı da bəyan edirdi və söyləyirdi ki, köhnə sistem yenilənməlidir: "Cənab Prezidentin sosial siyasət sahəsində qəbul etdiyi qərarlarda biz bu iradəni görürük. Dövlət başçısının önəmli bir qərarı da tikililərə qeydiyyat sənədinin verilməsi ilə bağlı idi. Bu da yüz minlərlə insanı əhatə edən mühüm bir qərardır. Bu qərar bir tərəfdən sosial xarakterlidir, eyni zamanda iqtisadi xarakterlidir. Çünki daşınmak əmlak bazarında canlanma yaradacaq. Məlumdur ki, binaların və mənzillərin qeydiyyata alınmaması ciddi problemlər yaradırdı, mənzil alış-verişində durğunluğa səbəb olurdu, insanlar yaşadıqları evlərini sata bilmirdilər. Ona görə də ölkə əhalisinin böyük əksrətiyyəti dövlət başçısının sərəncamlarını və qərarlarını çox yüksək qiymətləndirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya