İçki paylayan, baqaj daşıyan və alış-veriş etməyə kömək edən robotlar yaradılır




"LG Electronics” şirkəti bildirib ki, "Consumer Electronic Show 2018” sərgisinin gedişatında hələlik tərtibat mərhələsində olan üçü yeni robotunu təqdim edəcək.
İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumata görə, xidmət göstərən robotlar müxtəlif tədbirlərdə qonaqlara içkilər paylayan ofisiantları əvəz etməli olacaqlar.
"R0b0t-şveytsar” nəinki baqajla kömək edəcək, həmçinin pteldə daxil olmaq və ya oteldən çıxarma ilə bağlı cəlb köməklik edəcək. Üçüncü robot onun üçün nəzərdə tutulub ki, super marketi ziyarət edənlər bu və ya digər məhsulları, ərzaqları seçməyə seçməyə kömək etsin.
Bundan başqa, CES 2018 sərgisi zamanı "LG Electronics” şirkəti yeni CLOi brendini təqdim edəcək. Şirkətin robotları bu brend adı altında istehsal ediləcək. CLOi abbreviaturasının arxasında "clever”, "clear”, "close” və "operating intelligence” sözləri durur.