İki aylıq hamilə olan arvadını boğub öldürdü: Kişi bir gün cəsədlə eyni evdə qalıb - FOTO

Türkiyənin Şanlıurfa rayonunda intihar etdiyi deyilən, 2 aylıq hamilə qadın, 23 yaşlı Esma Kurtun əri tərəfindən öldürüldüyü üzə çıxıb. Sherg.az qardaş ölkə mətbuatına istinadən bildirir ki, polisə verdiyi ifadəsində günahını etiraf edən və öldürdüyü arvadının cəsədi ilə evdə bir gün keçirdiyi ortaya çıxan Mahmut Kurt tutulub.
Hadisə ötən həftənin cümə günü Şanlıurfanın Buxara məhəlləsində baş verib. Polisə zəng edən bir qadın, evinə getdiyi ailəli qızının hərəkətsiz halda qaldığını bildirərək, kömək istəyib. Həmin ünvana gedən polis və təcili tibbi yardım müayinədən sonra şarf ilə boğazı sıxılan Esma Kurtun öldüyünü müəyyənləşdirib. İlk öncə şarfla öz boğazını sıxaraq intihar etdiyi kimi görülən Esma Kurtun meyiti morqa aparılıb.
Esma Kurtun anası 2 gün öncə ölən qızının, ona "Haqqınızı halal edin, ərimə yaxşı baxın” mesajını göndərdiyini deyib. Kurtun ölümündə şübhələr yarandığı üçün Cinayət Büro Əmirliyi əməkdaşları detallı araşdırmaya başlayıblar.
Qadının əri Mahmut Kurt, hadisədən bir gün əvvəl dostlarının yanında olduğu üçün evə gəlmədiyini söyləyib. Detallı araşdırma zamanı isə gənc qadının intihar etmə meylinin zəif olduğunu müəyyənləşdirdikdən sonra, onun öldürülmüş ola biləcəyi ehtimalının üzərində dayanıb. Bu zaman şübhəli davranışlar sərgiləyən ər Kurt polis tərəfindən saxlanılıb.
Polis idarəsindəki ifadəsində müxtəlif sözlər deyən Kurt sonda arvadını öldürdüyünü etiraf edib. Qısqanclıq səbəbindən baş verən məişət mübahisəsi zamanı 2 aylıq hamilə arvadını əlləri ilə boğduğunu bildirən Mahmut Kurt, bir gün cəsədlə bir evdə qaldığını söyləyib. Səhəri gün isə Kurt arvadının telefonu ilə qaynanasına mesaj göndərib, evdən getdiyini qeyd edib. Şübhələri üzərinə çəkməmək üçün bir gün evə gəlmədiyini deyən Kurt hadisəyə intihar görüntüsü verməyə çalışdığını etiraf edib. Kurt sonda arvadını öldürdüyünə görə, peşiman olduğunu deyib.
İfadəsi alındıqdan sonra Mahmut Kurta, "qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırılıb, o həbsxanaya göndərilib.
Anar