İki rayonda 2200 hektar ərazidə pambıq sovkasına qarşı tədbirlər görülüb
09:05 24.07.2018
Arxiv
499
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının təşkilatçılığı ilə Kürdəmir və Ağdam rayonlarında pambıq sovkasının ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinin ikinci mərhələsi başlayıb.
"Sherg.az" xəbər verir ki, Dövlət Xidmətinin Kürdəmir Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən "Kürdəmir pambıq” ASC-yə məxsus 150 hektar pambıq sahəsində, "Kürdəmir Pambıq Aqro” MMC-yə məxsus 300 hektar sahədə və "Kürdəmir MTK”-yə məxsus 100 hektar pambıq sahəsində həyata keçirilən bioloji mübarizə zamanı pambıq sovkasının tüfeylisi (paraziti) sayılan habrobrakon minicisindən istifadə olunub.
Kürdəmir rayonunda Ağaisə Kərimova məxsus 90 hektar, Murad İsmayılova məxsus 15 hektar, Etibar Vəlicanova məxsus 10 hektar, Mübariz Hacıyevə məxsus 30 hektar, Kürdəmir MTK-ya məxsus 220 hektar, Arzu Yəhyayeva məxsus 30 hektar, Mahir Qəribova məxsus 237 hektar, Təran Kərimova məxsus 65 hektar, Cahan Zülfiqarova məxsus 30 hektar, Allahyar Lətiyarova məxsus 10 hektar, Seymur Hacıyevə məxsus 20 hektar, Vəkil Məmmədova məxsus 30 hektar, Namiq Hacıyevə məxsus 8 hektar, Ariz İsmayılova məxsus 5 hektar (ümumilikdə 800 hektar) pambıq sahəsinə pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə habrobrakon və trixoqramma həşəratları paylanılıb.
Qeyd edək ki, bioloji mübarizə tədbirləri təkrar həyata keçirilir.
İyulun 19-da Ağdam rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri 500 hektarda pambıq sahəsində pambıq sovkasının tırtıllarına qarşı habrobrokan minicisi ilə, 200 hektarda isə pambıq sovkasının yumurtalarına qarşı yumurtayeyən trixoqramma tüfeylisi ilə bioloji mübarizə tədbirləri həyata keçiriblər.
Hazırda hər iki rayonda bioloji mübarizə tədbirləri davam etdirilir.
Məlumat üçün bildirək ki, trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,5-0,8 mm uzunluğundadır. Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır. Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır.
Trixoqrammalar laboratoriya şəraitində çoxaldılaraq tarlalara buraxılır. Buna görə də çoxaldığı laboratoriyanın temperatur və rütubət şəraitinin təbiətdəkinə yaxın olması vacibdir.
Tarla birkilərində və bağlarda trixoqramma ya yetkin dövründə səhər tezdən, ya da sahibin yumurtasından çıxmağa bir-iki gün qalmış buraxılmalıdır.
Azərbaycanda pambıq sahəsində pambıq sovkasının tırtılları habrobrakon tərəfindən 42-50% məhv edilir. Həşərat əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancaraq iflic edir, sonra yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir. Hər bir dişi fərd ömrü boyu 350-ə qədər yumurta qoyur və bu dövrdə 240-a qədər tırtılı iflic edir. Yoluxmuş tırtıllar 10-12 gün yaşayıb məhv olur.
Laboratoriya şəraitində çoxaldılmış habrobrakon tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 2000 ədəd olmaqla buraxılmalıdır.
Trixoqramma və habrobrakon minicisi pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 30-50% azalmasına səbəb olur. Bu həşəratlar həmin zərərvericilərin populyasiya sıxlığını İqtisadi Ziyanvurma Həddindən (İZH) ((pambıq sovkası – 1 tırtıl/ m2, payızlıq sovka 2-5 tırtıl/m2, çəmənlik kəpənəyi – 10 tırtıl/m2, kələm sovkası – 1-2 tırtıl/m2) xeyli aşağıda saxlamaqla, yüksək bioloji səmərəlilik göstərirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət