İl əvvəlindən Azərbaycanda 73 mindən artıq nikah və 10 min boşanma halları qeydə alınıb





 Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 73,2 min nikah və 10,0 min boşanma halları qeydə alınıb.
"APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,3 və 1,3 olub.
Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1455 nəfər gələn və 690 nəfər ölkədən gedən qeydə alınıb.