
İlahiyyat İnstitutunda ilk dərslər Xocalıya soyqırımına həsr olunub - FOTO
11:17 26.02.2019
Arxiv
541
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı sərəncama və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilən "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən bu gün ilk dərslər Xocalı soyqırımına həsr olunub.
Aİİ-dən "Sherg.az"a verilən məlumata görə, müəllimlər 27 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəyəni diqqətə çatdırıblar.

Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotolar, məlumatlar, faciəni özündə əks etdirən sənədli filmlər nümayiş etdirilib.
Azərbaycan İlahiyyat İnstitutu tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə ardıcıl silsilə tədbirlər həyata keçirir.
Qeyd edək ki, ali təhsil müəssisəsində 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınan "Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya