İlin transfer bombası: “Beşiktaş” Məsut Özil, Fabreqas, Falkaonu təqib edir

Türkiyədə ilin transfer bombası partlaya bilər. "Beşiktaş”ın prezidenti Fikrət Ormanın hədəfində elə ismlər var ki, sadəcə onlar haqqında bu cümlə işlədilir: ”Türkiyəyə gəlməzlər”. 
Gələcək sezonun transfer çalışmalarına indidən qollarını çırmalayan Fikrət Orman yaxın çevrəsinə "Türkiyəyə gəlməz, imkansız deyilən bir isim alacam, bu ulduz "Beşiktaş”ın Avropada marka üzü olacaq” deyə "qara qartal”ın fanatlarını həyəcanlandırıb. Fikrət Ormanın hədəflərindəki üç ismin "Arsenal”ın 10 nömrəsi Məsut Özil , ”Çelsi”nin orta sahə oyunçusu Cesc Fabreqas və "Manako”nun bu il oyunu ilə göz dolduran oyunçusu  Radamel Falkao olduğu iddia edilir. Üç futbolçunun da şərtlərini öyrənib, ona görə bir yol xəritəsi çızacaq F.Orman bu istiqamətdə işlərini sürətləndirdiyi bildirilir.