İngilis mətbuatı IŞİD-ə qatılan 5 futbolçunu danışır

İngiltərə qəzeti, birinci səhifədəki "5 futbol ulduzu gizli cihadçı" başlıqlı xəbərində, İngiltərədən IŞİD-ə qatılmaq üçün Suriyaya gedən 5 futbolçunun baş kəsən cihadçı John ilə əlaqələrindən şübhə edildiyinə diqqət çəkdi.
Futbolçulardan birinin "Arsenal" ilə əlaqəsi olmasından və edamlara qarışdığından qorxduqlarına toxunan qəzet, "Arsenal"da sınanmaq üçün məşq etdiyi sanılan Celso Rodriguez Kostanın (28) şübhəli futbolçulardan biri olduğunu yazdı.
Xəbərdə bu futbolçuların cihadçı Johnun baş kəsmə edamlarını videoya aldığından şübhələnildiyi ifadə edildi. Celso Rodriguez və qardaşı Edgarın (34) eyni cihadçı hüceyrənin üzvü olduğu iddia edildi. Futbolçuları izləyən gizli xidmət işçiləri, cihadçı futbolçuların Leyton və Valthamstowda yaşayan, sonradan müsəlman olan, Suriyaya getmədən əvvəl Londonda radikallaşan Portuqaliyalı immiqrantlar olduğunu irəli sürdülər.
Beş şübhəlinin də qabiliyyətli futbolçu olduqları, birinin "Sportinq" Lisabonun gənc komandasında oynadığı öyrənildi. "Sportinq" Lisabonun gənc akademiyasında oynayan Fabio Pocasın (22) üç il əvvəl İngiltərəyə gəldiyi öyrənildi. İddialara görə, indi Əbdürrəhman Al Andalus olaraq bilinən Pocas, həvəskar liqada "UK Football Finder" komandasında oynayarkən professional bir komandaya keçmək üzrəykən qəflətən ortadan itib.
Kecmiş bir katolik olan hüceyrənin beşinci üzvü Sandronun (36) oktyabr ayında koalisiya hücumu əsnasında öldüyü təxmin edilir.