İnternetdə kişiləri tələyə salanların məhkəməsi...
12:03 18.04.2017
Arxiv
399
Bakıda kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edibş İttihama münasibət bildirən İ.Meybullayev qismən, A.Məmmədov tam təqsirli, A.Musayeva, R.Xəlilov, E.Balakişiyev və R.Rəhimli isə özlərini təqsirsiz bildiklərini deyiblər.
Məhkəmə araşdırması ilk öncə zərərçəkənlərin dindirilməsi ilə başlanılıb.
Prosesdə zərərçəkən şəxs qismində dindirilən Sakit Qurbanov ifadəsində bildirib ki, həmin yerə tanışı Elxan Abbasovla gedib: "İki qız Elmlər Akademiyası metrosunun yanında bizə vizitkart verdi. Elxan dedi, həmin yerə gedək. Getdik, bizi orada qızlar qarşıladı, biri də Arifə idi. Bundan başqa bir qız bizi masaya dəvət etdi. Biz heç nə sifariş etmədik. Arifə dedi ki, stolu hazırlayaq sizi masaj edəcəyik. Qızlar getdi. Üstündən biraz keçəndən sonra bir ofiasant yaxınlaşdı ki, borcunuz 154 manat edir. Etiraz etdim, dedim heç nə içməmişik, nə də sifariş etməmişik. Qışqırdılar... Elxan dedi, gedim bankomatdan pulu çıxarıb gəlirəm, ordakı iki nəfərlə getdi, amma gəlmədi. Burdakılardan 3-ü məndən pulu aldı. İsmayıl hədələdi ki, hesabı verməlisən. Rəhim yaxamdan yapışıb ayağa qaldırdı, İsmayıl pulu cibimdən götürdü. Sonra dedilər çıx get. Mən ordan çıxandan sonra Elxan zəng vurub dedi ki, 39-cu bölmədəyəm".
Qeyd edək ki, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.
Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.
Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl iclaslara gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya