İqlim dəyişmələri ölkə çaylarında su ehtiyatını azalda bilər
07:10 02.03.2019
Arxiv
476
İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su ehtiyatının azalması müşahidə edilə bilər.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin həssas ərazilərə təsiri böyükdür. Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır:
"Su ehtiyatlarının azalmasına iqlim dəyişmələrinin də təsiri var. Gələcəkdə bu amil eləcə də çaylara öz təsirini göstərə bilər. İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək. Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük. Amma ölkəmiz bu sahədə strategiyalar, milli proqramlar qəbul edib, adaptasiya tədbirləri müəyyənləşdirib. İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə, insanlara təsirinin azaldılması üzrə tədbirlər müəyyənləşdirilib. İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikirik. Taxtakörpü Su Anbarı, Tovuz Su Anbarı, Şəmkirçay Su Anbarı bu günün iqlim dəyişmələrindən yarananan fəsadlara yönəlib”.
REKLAM
facebook.com
Daha ətraflı
Native Video by Adributor
M.Əbdülhəsənov qeyd edib ki, gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, yaşıl texnologiyalardan, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə, lazım gəldikdə təkrar istifadə edilməlidir: "Tullantı sularını təmizləyib dənizə atırıq. Amma niyə atırıq?! Biz ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər”.
Nazirlik rəsmisi əlavə edib ki, bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir. Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür ki, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda, su kanallarında itir.
Onun sözlərinə görə, Azərbaycanda suyun 30 faizi daxili çaylar hesabına formalaşır, suyun 70 faizi kənardan çirklənmiş halda ölkəmizə daxil olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya