İran Türkiyəyə mesaj verdi: “Dost dar gündə tanınar”




Türkiyə və türk xalqı ilə münasibətlərin inkişafı rəsmi Tehranın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Sherg.az axar.az-a istinadən bildirir ki, bunu türkiyəli iş adamları ilə görüşündə İran Prezidentinin köməkçisi Məhəmməd Nəxavəndian deyib. O, islam dünyasının İranla Türkiyənin yaxın münasibətləri sayəsində qüdrətli bir hala gələcəyini söyləyib:

"ABŞ sanksiyalarından qaynaqlanan təzyiqlər qısa müddətdə bitəcək. Dost dar gündə tanınar. ABŞ təhdidlərinin səs-küyü çoxdur, ancaq məqsədə çatmaqda uğur qazana bilmirlər. Tramp rəhbərliyi daxildə xeyli problemlə qarşı-qarşıyadır və okeanların o tayından planlarını əsla tətbiq edə bilməyəcək”.