İranda 11 terrorçu öldürülüb




 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri ölkənin Kürdüstan əyalətinin Sərvabad şəhərində əməliyyat keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, əməliyyat zamanı 11 terrorçu məhv edilib. SEPAH-dan verilən açıqlamada bildirilir ki, terrorçu qruplaşmanın üzvləri ölkə ərazisində təxribat törətmək istəyirmiş. Onlar 10 gün ərzində izlənib və sonda Sərvabad bölgəsində sıxışdırılaraq məhv edilib.
Əməliyyat zamanı 3 SEPAH əsgəri ağır yaralanıb.