İranda FACİƏ: şaxta partladı - 50-yə yaxın insan dağıntılar altında




İranın şimal-qərbində kömür mədənində partlayış olub.

Sherg.az report-a istinadən xəbər verir ki, Gülüstan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Sadiq Əli Mokaddam hadisə nəticəsində 40-50 nəfərin dağıntılar altında qaldığını güman etdiyini bildirib.

Yerli KİV-in məlumatına görə, hadisə Gülüstan əyalətində Azadşəhr şəhəri yaxınlığında gündüz saatlarında baş verib.