İrəvandakı silahlı qrup: "Təslim olmayacağıq"
16:07 23.07.2016
Arxiv
335
İrəvanda Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrup təslim olmaq niyyətində deyil.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə silahlı qrupun üzvü Varujan Avetisyan bildirib.
"Bizim qrupun təslim olmaq niyyətində olması barədə bütün xəbərlər yalandır. Biz yalnız aşağıdakı tələblərimiz yerinə yetirildikdə silahlarımızı yerə qoyacağıq: Serj Sarkisyanın istefası, heç bir halda hakim Respublika Partiyasının üzvlərinin tərkibində yer almayacağı müvəqqəti hökumətin formalaşdırılması və yeni seçkilərin keçirilməsi”, - deyə Avetisyan bildirib.
Qeyd edək ki, bundan əvvəl silahlı qrup mətbuat nümayəndələri ilə görüşün təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüş üçün şərait yaradılıb. Silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını azad ediblər.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.
Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm