İsa Qəmbərin səhhətinə aydınlıq gətirildi- Arif Hacılı





"İsa Qəmbərin tibbi prosedurları yekunlaşmaq üzrədir. Problem çıxmasa sabah evə buraxılacaq”.

Bunu "Sherg.az”a xəstəxanaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin durumu haqqında danışarkən Müsavat başqanı Arif Hacılı deyib:

"Sadəcə bəzi dairələr İsa Qəmbərin səhhətində yaranmış ötəri problemi şişirtməyə çalışırlar. Böyük bir problem görüntüsü yaratmaq istəyirlər. Amma onun səhhəti normaldır. Xəstəxanada olduğu ilk gündən özünü normal hiss edir. Adi tibbi prosedurlar həyata keçirildi və sabah xəstəxanadan çıxarılacaq”.

Aysel Aslan