İŞİD terrorçuları Suriya ordusunun mövqelərinə hücum ediblər




İŞİD terrorçuları Suriyanın əs-Sukkariya rayonunda hökümət ordusunun mövqelərinə hücum ediblər.

Trend-in "SANA"ya istinadən verdiyi məlumata görə, terrorçuların hücumu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava zərbəsindən sonra baş verib.

Bildirlir ki, terrorçular nəzarətləri altında olan Baquz kəndindən hərəkətə başlayıblar. Hökümət ordusu çox sayda terrorçunu məhv edib.