İsmayıllıda ev tamamilə yanıb




İsmayıllı rayonunun Buynuz kəndində yanğın hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə nəticəsində yerli sakin Sadıqov Sədrəddin Murad oğluna məxsus 3 otaqlı ev tamamilə yanıb.

Əraziyə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.