İstanbulda tarixi gün: “Cümhur ittifaqı” Türkiyəni belə göstərdi - FOTOLAR

Dünyanın gözü Türkiyədədir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi "Cümhur ittifaqı” İstanbulda bu günə qədər görünməmiş  izdihamlı tarixi mitinq keçirib.
Mitinqdə  AKP-nin lideri  Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı çıxış ediblər.
Xatırladaq ki,  martın 31-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Mitinq məhz  təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.