İstanbulda tələbələri daşıyan mikroavtobus partladıldı: Yaralılar var




Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, mikroavtobusda baş verən partlayışa nəqliyyat vasitəsində bir çantanın səbəb olduğu iddia edilir. Polis tələbə görkəmi olan şəxsin mikroavtobusa çanta qoyduğunu müəyyən edib.

 Partlayışa bu çantanın səbəb olduğu ehtimalı irəli sürülür.
Polislər çantanı mikroavtobusa qoyan həmin gəncin tutulması üçün axtarış işlərinə başlayıblar.

---------

16:51

Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis universitet tələbələrini daşıyan mikroavtobusda meydana gələn partlayışın kustar üsulla hazırlanan əl bombası ilə törədildiyini ehtimal edir.

---------

16:38

İstanbulda "Sabiha Gökçen Havalimanı"na gedən yolda bir mikroavtobus partlayıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, mikroavtobusun bir universitetə aid olduğu və 7 şagirdin yaralandığı deyilir.